Rəsmi Bakı Fransaya etiraz etdi

Rəsmi Bakı Fransaya etiraz etdi
Bütün Xəbərlər
00:18 23.12.2011
1924

XİN Fransa Parlamentində "erməni soyqırımı" ilə bağlı qəbul olunan qərarı kəskin şəkildə pisləyib

Azərbaycan Respublikası Fransanın Milli Assambleyasında "Qanunla tanınmış soyqırımların mövcudluğunun təkzib edilməsinə görə cəza nəzərdə tutan" qanun layihəsinin qəbul edilməsini kəskin şəkildə pisləyir. Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, Azərbaycan öz təəccübünü ifadə edərək, bu addımın Avropa məkanında demokratiyanın əsasını təşkil edən söz və ifadə azadlığı prinsiplərinə qətiyyən uyğun olmadığını, Fransanın götürdüyü insan hüquqları və əsas azadlıqlar kimi demokratik dəyərlərə hörmət etmək öhdəliyi ilə ziddiyyət təşkil etdiyini və qəbuledilməz olduğunu bəyan edir. "Azərbaycan Respublikası Fransa Milli Assambleyasının bu cür qanun layihəsi qəbul etdiyi halda, Azərbaycanın işğal olunmuş ərazilərində yüz minlərlə azərbaycanlının etnik təmizləməyə məruz qalmasına, öz torpaqlarında məcburi köçkünə çevrilməsinə, həmçinin bu insanların hüquqlarının kobud şəkildə pozulmaqda davam etməsinə göz yummasını dərin təəssüflə qarşılayır", deyə XİN-in rəsmi bəyanatında qeyd olunur.

OXŞAR XƏBƏRLƏR