Rəsmi Bakı "WikiLeaks"də yayılan məlumatlara cavab verdi

Rəsmi Bakı "WikiLeaks"də yayılan məlumatlara cavab verdi
Bütün Xəbərlər
19:38 05.09.2011
1484
“WikiLeaks ABŞ diplomatlarına istinad edərək, onların mülahizələrinə söykənərək bölgədə müxtəlif dövlətlərin münasibətlərini kəskinləşdirməyə cəhd göstərən və heç bir əsası olmayan informasiyaları yayma xəttini tutdu. Bununla bağlı biz dəfələrlə təkzib vermişik - xüsusən də Azərbaycan-Türkiyə münasibətlərini pisləşdirməyə yönəldilmiş informasiyalar var idi, Azərbaycan və Türkiyə rəhbərlərini ləkələməyə istiqamətlənən məlumatlar var idi, Azərbaycan-İran, Azərbaycan-Rusiya münasibətlərinə toxunan və bu münasibətlərin ahəngini pozmağa çalışan müəyyən bəlli, məqsədyönlü düşünülmüş xətlər var idi. Bunlarla bağlı biz dəfələrlə təkzib vermişik, onları inkar etmişik - boş informasiyadır, yalandır, qəsdən uydurulmuş, yayılmış məlumatlardır və bu gündə həmin fikirdəyik”. Bunu Trend-ə müsahibəsində Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib. PA rəsmisinin sözlərinə görə, artıq WikiLeaks informasiyaları dünyada yayılan sarı mətbuat informasiyası səviyyəsinə gəlib çatıb.
OXŞAR XƏBƏRLƏR