Rəsmi Bakıdan qondarma rejimin "rəhbər"inin səfəri ilə bağlı Rusiya XİN-ə CAVAB

SİYASƏT
17:47 30.11.2018
6041
"Rusiyanın Xarici İşlər Nazirliyinin (XİN) şərhinin məntiqi ilə sanki Bako Saakyan sanki Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində gücdən istifadə və etnik təmizləmənin aparılması nəticəsində yaradılan qeyri-qanuni qurumun sözdə "rəhbəri" qismində görüşlər keçirdiyi Moskvaya deyil, Baykal gölünə istirahətə gedib".

AZXEBER.COM xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri vəzifəsini idarə edən Leyla Abdullayeva deyib.

L.Abdullayevanın sözlərinə görə, şərhdə bildirilir ki, bu səfər Rusiya qanunvericiliyinə, yaxud mövcud beynəlxalq müqavilələrə və ya Dağlıq Qarabağ münaqişəsinin həllində Rusiyanın vasitəçilik missiyasına zidd deyil":

"Yenə də xatırlatmaq istərdik ki, 1997-ci ildə imzalanmış Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında Dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında Müqavilənin 5-ci maddəsində açıq şəkildə qeyd edilir: "Tərəflər separatçı hərəkatları dəstəkləməməyi öhdələrinə götürür və digər Tərəfin dövlət suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə qarşı yönəldilmiş ayrı-ayrı şəxslərin fəaliyyətini qadağan edir və qarşısını alır". Bu baxımdan Rusiya Federasiyası Konstitusiyasının 15-ci maddəsinin 4-cü bəndini qeyd etmək məqsədəuyğun olardı: "Beynəlxalq hüququn ümumi qəbul edilmiş prinsipləri və normaları və Rusiya Federasiyasının bağladığı beynəlxalq müqavilələr onun hüquqi sisteminin ayrılmaz hissəsidir. Əgər Rusiya Federasiyasının bağladığı beynəlxalq müqavilələr qanunla nəzərdə tutulmuş qaydalardan fərqli müddəaları müəyyənləşdirirsə, o zaman beynəlxalq müqavilənin qaydaları tətbiq edilir".

Rusiyanın vasitəçilik missiyasına gəldikdə XİN rəsmisi qeyd edib ki, ATƏT-in Minsk qrupunun həmsədrlərinin mandatını müəyyən edən sənəddə aydın şəkildə deyilir:

"Həmsədrlər öz fəaliyyətində ATƏT-in prinsipləri və normaları, BMT Nizamnaməsi, ATƏT forumlarının qərarları, o cümlədən 1992-ci il martın 24-də Nazirlər Şurasının qərarı, xüsusilə Budapeşt Sammitinin qərarı və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini rəhbər tutacaqdır". Həmçinin, sual əmələ gəlir - əgər bu həqiqətən Azərbaycan Respublikasının ərazisindən olan bir şəxsin Rusiya Federasiyasına (xatırladaq ki, BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinə uyğun olaraq Rusiya Federasiyası Dağlıq Qarabağ bölgəsini Azərbaycan ərazisi kimi tanıyır) "şəxsi" səfəridirsə, ona Rusiyanın dövlət sərhədindən keçmək üçün müvafiq, ilk növbədə mənşə ölkəsinin - Azərbaycanın qanunvericiliyinə uyğun verilmiş etibarlı sənədin təqdim edilməsi ilə bağlı tələblər tətbiq olunubmu?".

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

00:00 06.08.2020

“Bezmişəm, axırda canıma qəsd edəcəm“ — Nadir Qafarzadə

23:39 05.08.2020

Lənkəranda 100 min manatlıq qızıl oğurlayan “Malış” saxlanıldı

22:56 05.08.2020

Baş Prokurorluq Milli Məclisdə ictimai asayişi pozaraq həbs olunanların görüntülərini yaydı - VİDEO

22:27 05.08.2020

Zaqatalanın asfalt zavodunda bədbəxt hadisə: Fəhlənin qolu amputasiya edildi

22:22 05.08.2020

Qənirə Paşayeva aztəminatlı ailələrlə bağlı çağırış etdi

22:12 05.08.2020

ÜST: Bir gündə COVID-19-dan 5 mindən çox insan ölüb

21:27 05.08.2020

Peşə təhsili üzrə imtahanın keçirilmə qaydası müəyyənləşdi

20:28 05.08.2020

Şəhid generalın adı əbədiləşdirildi - FOTO

20:10 05.08.2020

Azərbaycan Livana bir milyon dollar yardım edəcək

19:55 05.08.2020

Bakıda karantin qaydalarını pozan restoran aşkarlanıb - FOTO

19:32 05.08.2020

Beyrutdakı partlayışdan sonra 70 metr diametrində krater əmələ gəlib - FOTO

19:08 05.08.2020

Ermənistanda Rusiya telekanallarının yayımı dayandırılır

19:02 05.08.2020

Müdafiə Nazirliyi müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərə müraciət edib

18:49 05.08.2020

Bakıda masaj salonunun fəaliyyəti dayandırıldı, sahibi və işçiləri cərimələndi

18:25 05.08.2020

Daha 109 mənzil şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə təqdim edildi - FOTO

18:03 05.08.2020

Azərbaycanda bu markalı benzinin qiyməti bahalaşdı - FOTO

X Mostbet