"MyGov" portalında pensiya kapitalı və əvvəlki illərə aid məlumatların görünməməsi ilə bağlı vətəndaşlar şikayət edirlər.
AZXEBER.COM "Oxu.Az”a istinadən xəbər verir ki, sosial şəbəkələrdə yayılan paylaşımlarda bir neçə vətəndaş hesablarında əvvəlki illərə aid məlumatların itdiyini, pensiya kapitalının isə azaldığını və ya ümumiyyətlə görünmədiyini bildirib.
Məsələ ilə bağlı Dövlət Sosial Müdafiə Fondunun mətbuat katibi Rəşad Mehdili Oxu.Az-a bildirilib ki, sosial şəbəkədə bir neçə şəxs pensiya kapitallarında müşahidə olunan dəyişikliklərlə bağlı narahatlığını ifadə edib:
"Bu müvəqqəti dəyişiklikdir və narahatlığa əsas yoxdur. Çünki hazırda işəgötürənlər tərəfindən cari ilin III rübü üzrə sosial sığorta haqlarına dair təqdim olunmuş hesabatların elektron sistemdə emalı prosesi aparılır.
Bu prosesdə vətəndaşların pensiya kapitallarında əks olunan bəzi məlumatlarda müvəqqəti dəyişikliklər müşahidə oluna bilər.
Emal prosesinin 11 oktyabr saat 17:00-dək başa çatdırılması gözlənilir.
Texniki proses başa çatdıqdan sonra şəxsi kabinetlərdə məlumatlar dəqiqləşdirilmiş hesabatlar əsasında yenilənmiş formada əks olunacaq".











































