'Respublika Gənclər Debat Forumu – Yaz 2012'-ə start verildi

GƏNCLİK
20:50 05.03.2012
2055

“Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyi gənclərin maarifləndirilməsi istiqamətində fəaliyyətini davam etdirərək, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi ilə birgə “Respublika Gənclər Debat Forumu – Yaz 2012” layihəsinə start verdi.

Qeyd edək ki, layihə çərçivəsində 2012-ci ilin fevral-may aylarını əhatə edən, gənclər üçün silsilə təlim və debat yarışlarının keçirilməsi planlaşdırılır. Layihədə Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Lənkəran, İsmayıllı, Qobustan, Qusar, Şəki, Ağdaş, Göyçay, Ucar, Kürdəmir, Ağsu, Şamaxı, Masallı, Astara, Yardımlı, Lerik, Cəlilabad, Salyan, Neftçala şəhərlərinin təhsil müəssisəsilərini təmsil edən 2000-ə yaxın gəncin iştirakı gözlənilir. Forum “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”-na əsasən ”Regionların sosial-iqtisadi inkişafında gənclərin iştirakı özünü doğruldur” mövzusunda həyata keçirilir.

Forum çərçivəsində mart ayının birinci həftəsində İsmayıllı və Gəncə şəhərində debat təlimləri keçirildi.

İsmayıllı şəhərində, İsmayıllı Gənclər və İdman İdarəsinin təşəbbüsü ilə İsmayıllı Debat Mərkəzi tərəfindən Şirvan regionu üzrə Debat təlimi keçirildi. Təlimdə İsmayıllı, Ağdaş, Şamaxı, Göyçay, Ucar, Kürdəmir, Ağsu, Zərdab, Qobustan rayonlarından 25 fəal gənc iştirak etdi.

Gəncə şəhərində , “Gəncə Gənclər və İdman Baş İdarəsi”-nin dəstəyi, “ Smart SN“ təşkilatının təşəbbüsü ilə “Gəncə Debat Mərkəzi” tərəfindən həmin şəhərin 10 orta təhsil müəsisəsini təmsil edən 120 gəncə debat təlimləri keçirildi.

OXŞAR XƏBƏRLƏR