Respublika rəhbəri hamını əfv edəcəyini bildirdi

DÜNYA
08:30 22.10.2012
1678
İnquşetiya respublikasının rəhbəri Yunus-Bek Yevkurov ictimaiyyətə öz şəxsi mobil nömrəsini verib.
AZXEBER.COM-un Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, ölkə rəhbəri bu addımı təslim olmaq istəyən döyüşçürlərə görə atdığını yazır. Belə ki, Yunus-Bek Yevkurov öz bloqunda yazıb ki, silahı yerə qoyaraq təslim olmaq istəyənlər ona şəxsən zəng vursunlar. Respublika rəhbəri şəxsən onların hüquqlarını müdafiə edəcəyinə vəd verir.“Siz bu gün ailənizə qayıda bilərsiniz, etdiklərinizə görə peşmanlıq duyub, yenidən ailə qura və yaradaraq yaşa bilərsiniz. Cinayət törədənlərinizə söz verirəm ki, qanun çərçivəsində cəzalarınızı maksimum azaldacağam...Təslim olmaq istəyən hər birinizə bütün şəraitin yaradılmasını və hüquqlarının müdafiəsini vəd verir”, - deyə Yunus-Bek Yevkurov öz bloqunda yazıb.Daha sonra isə o, bloqunda şəxsi mobil nömrəsini yazıb.

OXŞAR XƏBƏRLƏR