Respublika stadionuna gətirilən ot örtüyünün qiyməti- 400 min avro

Respublika stadionuna gətirilən ot örtüyünün qiyməti- 400 min avro
Bütün Xəbərlər
00:42 08.09.2014
1217

Tofiq Bəhramov adına Respublika stadionuna döşənəcək hazır ot örtüyünün qiyməti müəyyənləşib. 

AZXEBER.COM sportnet.az-ə istinadın xəbər verir ki, mərkəzi arenadakı örtüyün dəyişdirilməsi 400 min avroya başa gələcək. 

“Xalı” Hollandiyadan xüsusi soyuducuya yerləşdirilərək, Bakıya gətiriləcək. Ot örtüyünün dəyişdirilmə prosesi sentyabrın 18-dək yekunlaşacaq. Həmin gün “Qarabağ” Avropa Liqasının qrup mərhələsinin ilk turunda Fransa “Sent Etyen”ini mərkəzi arenada qəbul edəcək. Matç saat 21:00-da başlanacaq.  

Qeyd edək ki, Respublika stadionunun hazırkı ot örtüyü yayda havaların isti keçməsi ilə əlaqədar yararsız vəziyyətə düşüb.    

OXŞAR XƏBƏRLƏR