Respublika stadionuna yeni direktor təyin olundu

Respublika stadionuna yeni direktor təyin olundu
Bütün Xəbərlər
14:41 14.10.2015
913
Tofiq Bəhramov adına Respublika Stadionuna yeni direktor təyin olunub.
AZXEBER.COM-un "Report" agentliyinə istinadən yaydığı məlumata görə, bu, Şamil Quliyevdir.
O, yeni vəzifədə ötən ay səhhəti ilə əlaqədar istefa vermiş Akif İsmayılovu əvəzləyib. Artıq yeni direktor Gənclər və İdman Nazirliyinin nümayəndəsi tərəfindən kollektivə təqdim olunub.
Qeyd edək ki, Şamil Quliyev idman sahəsində yenidir. Onun əvvəllər hüquq-mühafizə orqanları sistemində çalışdığı bildirilir.
OXŞAR XƏBƏRLƏR