Restoranda atışma salan şəxsin "Lexus"u tapıldı

Restoranda atışma salan şəxsin "Lexus"u tapıldı
Bütün Xəbərlər
13:15 22.12.2015
2346
Polis Bakının Lökbatan qəsəbəsində silahlı insident törədən Məhərrəm Əliyevin avtomobilini tapıb.
“Report”un hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, M.Əliyev hadisə yerinə “Lexus” markalı avtomobillə gedib. Hadisəni “Vinçester” markalı tüfənglə törədən M.Əliyev daha sonra gəldiyi avtomobillə də hadisə yerini tərk edib. Onun avtomobili Badamdar qəsəbəsində tapılıb. M.Əliyevin axtarışları davam etdirilir.
Qeyd edək ki, hadisə nəticəsində 6 nəfər yaralanıb. Onlardan birinin 7 yaşı var.
OXŞAR XƏBƏRLƏR