Parlamentin keçmiş sədri Rəsul Quliyev özünün də mənsub olduğu müxalifət düşərgəsini növbəti dəfə aşağılayıb.
AZXEBER.COM xəbər verir ki, R.Quliyev aznews.az-a geniş müsahibəsində ölkə müxalifətini müqəvvaya bənzədib.Eks-spiker qarşıdakı dönəmdə müxalifətdaxili mümkün inteqrasiya təşəbbüslərinə dəstək verməsi ehtimalına münasibətini belə ifadə edib:“Kimə dəstəkdən söhbət gedir? Xalq müxalifətə müqəvva kimi baxır. Məgər mən müqəvvaya dəstək verə bilərəmmi?!Rayonlarda sözün əsl mənasında kifayət qədər nüfuzu olan partiya üzvləri var. Onların seçilmək şansları böyükdür, bu insanların sayı bələdiyyə seçkilərində 25 faizə çata bilər.Amma onların üzərindən müxalifət damğasını götürmək lazımdır. Bu ləyaqətli insanlar ancaq bu damğaya görə seçilməyəcəklər, çünki seçici partiyanın adını eşidən kimi gözünün qabağında onun boş-boş danışan lideri canlanacaq”.R.Quliyevin müxalifət daxilində Azərbaycan Xalq Cəbhəsinə (AXC) sahiblik iddialarına münasibəti də sərt olub:“Çox xəcalət çəkiləsi haldır. Birincisi kimisə qonaq çağırıb onu fitə basmaq, dəvət edənin (şəxsiyyətin kimliyindən və şəxsi münasibətindən asılı olmayaraq) ya tədbirə hazırlıqsız olduğundan, ya da iclası idarə edə bilməməsinə dəlalət edir.Bu günü olmayan insanlar və ya təşkilatlar keçmişdə özləri üçün qəhrəmanlıq anları axtarırlar”.