"Reuters" Aİ-nin Rusiyaya qarşı 22-ci sanksiyalar paketinin detallarını açıqlayıb

"Reuters" Aİ-nin Rusiyaya qarşı 22-ci sanksiyalar paketinin detallarını açıqlayıb
DÜNYA
23:24 07.10.2026
151
Avropa İttifaqı (Aİ) ölkələrinin nümayəndələri çərşənbə günü əksəriyyəti Rusiyanın hərbi-sənaye kompleksinə aid olan 22-ci sanksiyalar paketini təsdiqləyiblər.

Bu barədə "Reuters" üç avropalı diplomata istinadən məlumat yayıb.

Qeyd olunub ki, yeni sanksiya siyahısına 1646 şəxs və şirkət daxil ediləcək.

"Ona əlavə edilmiş hüquqi və fiziki şəxslərin yarısından çoxu yalnız Amerika istehsalı olan "Patriot" HHM sistemləri tərəfindən ələ keçirilə bilən "9M723" - "İsgəndər-M" kimi Rusiya ballistik raketlərinin istehsal zəncirinə cəlb olunub", - məqalədə bildirilib.

Sanksiya siyahısına raketlərin sınaqdan keçirilməsi və tədqiqi, eləcə də Rusiyanın "İsgəndər" sistemi üçün bərk yanacaq və raket mühərriklərinin istehsalı ilə məşğul olan təşkilatlar da düşüb. Mənbələrdən biri bildirib ki, Aİ həmçinin müxtəlif raket sistemlərində istifadə olunan ixtisaslaşdırılmış tekstil, eləcə də sintetik və karbon lifləri istehsalçılarına qarşı sanksiyalar tətbiq edir.

Bundan əlavə, siyahıda pilotsuz uçuş aparatları (PUA) istehsalçıları, sualtı qayıqlara xidmət göstərən tərsanələr və Ukraynanın Rusiya tərəfindən işğal olunmuş ərazilərində parlamentə namizədliyini irəli sürən 77 rusiyalı siyasətçi yer alır.

Sanksiyalar rəsmi olaraq bazar ertəsi Aİ ölkələrinin xarici işlər nazirlərinin görüşündə qəbul ediləcək.
 
///report///
OXŞAR XƏBƏRLƏR