Ürəyi çöldə doğulan uşaq görənləri şoka saldı - FOTO

Ürəyi çöldə doğulan uşaq görənləri şoka saldı - FOTO
Bütün Xəbərlər
11:59 21.02.2012
3127

ABŞ-ın Pensilvaniya əyalətində qeyri-adi hadisə yaşanıb.

AZXEBER.COM-un Qərb mətbuatına istinadən verdiyi xəbərə görə, Ryan Marquiss adlı körpə, ürəyi çöldə doğulmasına baxmayaraq həyatda qalmağı bacarıb. Marquiss ürəyi çöldə doğularaq yaşayan ilk insan olaraq inanılmaz bir rekorda sahibi olub. Çünki bu günə qədər ürəyi çöldə doğulan körpələr ya doğum anında, ya da ən çox üç gün ərzində ölüblər. Eyni şeyi bu körpə üçün də düşünüblər. Həkimlər körpənin anasında hamiləlik dövründə uşağın alınmasını təklif ediblər. Ancaq onlar bu təklifi rədd edərək körpənin doğulmasını istəyiblər. Ryanın əməliyyat sonrası ürəyi içəri salınıb.

Qeyd edək ki, Ryan indi 3 yaşındadır. Ana, ata və qardaşları ilə birlikdə xoşbəxt şəkildə yaşayır. Ailəsi isə bunu bir tibb möcüzəsi olaraq qiymətləndirir.

Ozal İbrahimli

OXŞAR XƏBƏRLƏR