Çörəyin qiyməti qalxacaqmı? – AÇIQLAMA

Çörəyin qiyməti qalxacaqmı? – AÇIQLAMA
Bütün Xəbərlər
14:03 13.01.2015
2219
“Dizelin qiymətinin qalxması birbaşa çörəyin qiymətinin qalxmasında rol oynamasa da, dolayısı ilə çörəkdə müəyyən çəki azalmasına gətirib çıxara bilər”
Benzinin qiymətində artımın olması bəzi məhsullarda qiymət artımları məsələsini gündəmə gətirir. Strateji məhsul olan çörəyin qiymətinə qiymət artımının təsir etməsi bu gün daha çox cavabı axtarılan suallardan birincisidir.
İqtisadçı-ekspert Azər Mehtiyev AZXEBER.COM-a verdiyi açıqlamasında benzinin qiymətinin qalxmasının çörəyin qiymətinə təsirini şərh edib:
“Əslində, çörəyin qiymətinin qalxması daha çox taxılın, buğdanın qiymətinin qalxması təsir etməlidir. Çünki çörəyin əsas komponentini buğda təşkil edir. Təbii ki, benzinin, dizelin qiymətinin qalxması maya dəyərinə təsir edən prosesdir. Lakin nəzərə alsaq ki, indiki halda benzinin qiymətinin qalxması əslində əvvəllər mövcud olan bir xərcin ad dəyişdirilməsindən gedir. Yol vergisinin alınma mənbəyi dəyişib. Bu baxımdan indi benzinin qiymətinin qalxması enerji daşıyıcılarının qiymətlərinin müxtəlif istehsal məhsullarına təsir formasında özünü o qədəd birbaşa göstərməməlidir. Bu səbəbdən benzinin qiymətinin qalxmasına görə, çörəyin qiymətinin qalxmasını gözləmək doğru olmazdı və yaxud buna cəhd göstərənlər doğru qərar qəbul etmiş olmazdılar.
Digər tərəfdən, benzinin qiymətinin qalxması psixoloji bir təsirə malikdir. Bəzi özəl qurumlar, şirkətlər bundan istifadə edərək qiymətləri qaldırmağa meylli ola bilərlər. Çörəyin qiyməti sosial baxımdan incə bir məsələdir. Bir çox hallarda təəssüf ki, biz çörəyin qiymətinin qalxmasını məhsulun qiymət formasında yox, daha çox çörəyin çəkisinin aşağı düşməsi formasıyla müşahidə edirik. İndiki halda benzinin, dizelin qiymətinin qalxması birbaşa çörəyin qiymətinin qalxmasında rol oynamasa da, dolayısı ilə çörəkdə müəyyən çəki azalmasına gətirib çıxara bilər”.
Günel
OXŞAR XƏBƏRLƏR