Ürəyinə dəmir parçası batan fəhlə yerindəcə keçindi

Ürəyinə dəmir parçası batan fəhlə yerindəcə keçindi
Bütün Xəbərlər
11:50 31.07.2014
831
Bakıda tikintidə faciəli hadisə baş verib.
Nəsimi Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə paytaxtın Həsən Əliyev küçəsi-17 ünvanında qeydə alınıb. Həmin ünvanda tikilməkdə olan binada fəhlə işləyən, 1955-ci il təvəllüdlü Sofquliyev Süleyman Sofqulu oğlu yıxılıb və nəticədə dəmir parçası onun ürək nahiyəsinə sancılıb. 
S. Sofquliyev aldığı xəsarətdən hadisə yerindəcə dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR