Rezidenturaya imtahan verənlərin 50 faizinin qəbul olma şansı var

Rezidenturaya imtahan verənlərin 50 faizinin qəbul olma şansı var
Bütün Xəbərlər
12:32 07.09.2012
1146
Sentyabrın 8 və 9-da rezidenturaya imtahanları keçiriləcək.
AZXEBER.COM-un məlumatına görə, bunu bu gün keçirdiyi mətbuat konfransında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə söyləyib.Məleykə Abbaszadə bildirib ki, sentyabrın 8-də rezidenturaya imtahanların birinci mərhələsi, sentyabrın 9-da ikinci mərhələsi keçiriləcək. TQDK sədri rezidenturaya 1121 nəfərin sənəd verdiyini, 514 plan yerinin olduğunu, sənəd verənlərin yarısının qəbul olma şansının olduğunu nəzərə çatdırıb.Məleykə Abbaszadə sentyabrın 13-də prokurorluq orqanlarına işə qəbulla bağlı imtahanların keçiriləcəyini də açıqlayıb.
OXŞAR XƏBƏRLƏR