Rezidenturaya ixtisas seçimi başlanıb

Rezidenturaya ixtisas seçimi başlanıb
SOSİAL
14:57 13.08.2025
1560

Rezidenturaya qəbul olmaq üçün ixtisas seçimi başlanıb

Bu barədə AZXEBER.COM-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Bildirilib ki, namizədlər müsabiqədə iştirak etmək üçün avqustun 13-dən 17-dək  https://www.e-gov.az/az/services/read/3149/1 internet səhifəsinə daxil olaraq ixtisas seçimi edirlər.

İxtisas seçiminə rezidenturaya qəbul imtahanındakı nəticələri Mərkəz tərəfindən müəyyən edilmiş müsabiqə şərtini ödəyən – ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında 50 və daha çox bal toplayan namizədlər buraxılırlar.

Müsabiqəyə buraxılan namizəd bitirdiyi baza ali tibb təhsili istiqamətinə uyğun ixtisasları seçir, sonra onların kodlarını öz elektron ərizəsindəki ixtisas seçimi formasına istədiyi ardıcıllıqla daxil edib təsdiqləyir. Seçilmiş ixtisasların ərizə formasında göstərilən ardıcıllığı müsabiqə zamanı əsas kimi götürülür və namizəd qəbul imtahanında topladığı bala əsasən müsabiqədən keçdiyi ixtisasların birincisinə yerləşdirilir.

" Rezidentura” jurnalının 3-cü nömrəsində "Namizədin elektron ərizəsi”ndə ixtisasların seçimi və təsdiqi üçün təlimat, "Namizədin elektron ərizəsi"ndə ixtisas seçimi formasının nümunəsi, rezidenturaya qəbul aparılan ixtisaslar və onların plan yerləri dərc edilib.

Qəbul aparılan klinik bazalar haqqında ətraflı məlumatla  buradan tanış ola bilərlər.

Avqustun 10-da keçirilən imtahanda iştirak edən 901 namizəddən 610 nəfəri müsabiqə şərtini ödəyərək (50 və daha çox bal toplayaraq) ixtisas seçiminə buraxılıb.


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
“Bloomberg”: Süni intellekt sənayesinin kreditləşdirilməsi imkanları tükənmək üzrədir
06:36 29.10.2026
“Bloomberg”: Süni intellekt sənayesinin kreditləşdirilməsi imkanları tükənmək üzrədir
Ukraynanın Donetskdə silahsızlaşdırılmış zonaya dair müzakirəyə hazır olduğu bildirilib
06:23 29.10.2026
Ukraynanın Donetskdə silahsızlaşdırılmış zonaya dair müzakirəyə hazır olduğu bildirilib
Hindistanda “Arnab” qasırğası ilə əlaqədar 180 mindən çox insan təxliyə edilib
06:10 29.10.2026
Hindistanda “Arnab” qasırğası ilə əlaqədar 180 mindən çox insan təxliyə edilib
Fransada etirazçılar dəyən ziyana görə 10 min avroya qədər ödəniş etməyə məcbur edilə bilər
05:58 29.10.2026
Fransada etirazçılar dəyən ziyana görə 10 min avroya qədər ödəniş etməyə məcbur edilə bilər
ABŞ Ruanda Müdafiə Nazirliyinə qarşı sanksiyalar tətbiq edib
05:46 29.10.2026
ABŞ Ruanda Müdafiə Nazirliyinə qarşı sanksiyalar tətbiq edib
Zaxarova: Ermənistanın Avrasiya İqtisadi İttifaqının hesabatına reaksiyası tələsik və aqressivdir
05:33 29.10.2026
Zaxarova: Ermənistanın Avrasiya İqtisadi İttifaqının hesabatına reaksiyası tələsik və aqressivdir
"Times": Britaniyanın üç "Vanguard" atom sualtı qayığı dənizə buraxılıb
05:20 29.10.2026
"Times": Britaniyanın üç "Vanguard" atom sualtı qayığı dənizə buraxılıb
İngiltərə Liqa Kuboku: "Liverpul" 1/8 finalda "Çelsi"ni məğlub edib
05:08 29.10.2026
İngiltərə Liqa Kuboku: "Liverpul" 1/8 finalda "Çelsi"ni məğlub edib
Moskvanın Jukovski hava limanında uçuşlara qoyulan məhdudiyyətlər aradan qaldırılıb
04:56 29.10.2026
Moskvanın Jukovski hava limanında uçuşlara qoyulan məhdudiyyətlər aradan qaldırılıb
Tramp İrana yardım təklif etdiklərini açıqlayıb
04:46 29.10.2026
Tramp İrana yardım təklif etdiklərini açıqlayıb
Yaponiyada güclü zəlzələ baş verib
04:36 29.10.2026
Yaponiyada güclü zəlzələ baş verib
Ronaldo "Bütün zamanların "Qızıl topu" reytinqinin qalibi oldu
04:23 29.10.2026
Ronaldo "Bütün zamanların "Qızıl topu" reytinqinin qalibi oldu
Uşakov Əbu-Dabidə Ukrayna üzrə üçtərəfli danışıqların keçiriləcəyi tarixi açıqlayıb
04:12 29.10.2026
Uşakov Əbu-Dabidə Ukrayna üzrə üçtərəfli danışıqların keçiriləcəyi tarixi açıqlayıb
Fransanın büdcə vəziyyəti ilə bağlı xəbərdarlıq edilib
04:00 29.10.2026
Fransanın büdcə vəziyyəti ilə bağlı xəbərdarlıq edilib
Yeniyetmələr arasında kütləvi qətl törədənlərə pərəstişin yayılması həyəcan doğurur
03:50 29.10.2026
Yeniyetmələr arasında kütləvi qətl törədənlərə pərəstişin yayılması həyəcan doğurur
Pakistanda hərbi əməliyyatlar zamanı 9 yaraqlı öldürülüb
03:40 29.10.2026
Pakistanda hərbi əməliyyatlar zamanı 9 yaraqlı öldürülüb