Rezidenturaya qəbul imtahanlarının nəticələri açıqlandı

Rezidenturaya qəbul imtahanlarının nəticələri açıqlandı
Bütün Xəbərlər
11:35 26.09.2011
1312
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) sentyabrın 25-də 2011/2012-ci tədris ili üçün rezidenturaya qəbul imtahanının ikinci mərhələsini keçirib.TQDK-nın mətbuat xidmətindən verilən məlumata görə, bu mərhələdə namizədlər ixtisas fənləri üzrə imtahan veriblər.İmtahan Azərbaycan Tibb Universitetinin I və V tədris binalarında saat 11:00-da başlanıb və saat 13:30-da başa çatıb. İmtahan təlimata uyğun şəkildə keçirilib, namizədlərin öz bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb. İmtahanda iştirak etmək üçün ərizə vermiş 1063 namizəddən 17 nəfəri imtahana gəlməyib.
OXŞAR XƏBƏRLƏR