Rihanna "Baku Crystal Hall"a məşqə yollandı - FOTOLAR

Rihanna "Baku Crystal Hall"a məşqə yollandı - FOTOLAR
MAQAZİN
08:37 06.10.2012
4812
Dünyaca məşhur müğənni Rihanna kollektivi ilə birlikdə "Four Seasons" otelini tərk edərək "Baku Crystal Hall"a məşqə yollanıb.
AZXEBER.COM-un Trend.Life-a istinadən verdiyi məlumata görə, müğənni onun üçün xüsusi təqdim olunmuş "Rolls-Royce"da hərəkət edir.R&B şahzadəsi, beynəlxalq mükafatların, o cümlədən iki "Qremmi" mükafatının sahibi Bakıdakı çoxsaylı pərəstişkarlarını hit mahnılardan ibarət eksklüziv şou ilə sevindirəcək.Rihanna ilə birlikdə ABŞ-dan Bakıya müğənninin 80 nəfərlik komandası da gəlib.Rihannanın Bakıdakı konsertinə müxtəlif ölkələrdən müğənninin çoxsaylı fanatlarının gələcəyi gözlənilir.Rihannanın Bakı konserti musiqi sənayesində piratçılıq ilə mübarizəyə həsr edilib.Konsert "Universal Music Group"un Azərbaycandakı nümayəndəsi "Omnikomo Music Group" şirkəti tərəfindən təşkil edilib.
OXŞAR XƏBƏRLƏR