Dünya ulduzu Rihanna yeni uğura imza atıb.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Amerika səsyazma sənayesi assosiasiyasının məlumatına görə, onun dinlənmələrinin ümumi sayı 200,5 milyona çatıb.
Bu göstərici ilə o, dünyada Dreyk və Morqan Uollendən sonra üçüncü yeri tutub.
Qeyd edək ki, müğənni bu nailiyyətə yeni mahnılar buraxmadan nail olub. Əsas töhfə onun köhnə hitləri olub və bu hitlər striminq sayəsində ardıcıl olaraq milyonlarla dəfə izlənilməyə davam edir.
Aysel











































