Rihanna müəlliminə ev aldı

Rihanna müəlliminə ev aldı
MAQAZİN
16:09 27.04.2026
290
Dünyaca məşhur ulduz Rihanna, Barbadosda yoxsulluq içində yaşadığı illəri və o günlərdə ona dəstək olan insanları unutmayıb.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, maddi çətinliklər səbəbindən məktəbə getməkdə belə çətinlik çəkən Rihanna üçün o vaxt müəllimlərindən biri xüsusi dəstək göstərib.
 
Müəllim şəxsi vəsaiti hesabına ayaqqabı alaraq onun məktəbə getməsinə kömək edib.

İllər sonra dünya şöhrətli ulduza çevrilən Rihanna bu yaxşılığı cavabsız qoymayıb. O, minnətdarlıq əlaməti olaraq müəlliminə möhtəşəm bir ev hədiyyə edib.

Müğənninin bu addımı sosial şəbəkələrdə böyük rəğbətlə qarşılanıb və istifadəçilər tərəfindən alqışlanıb. Bir çoxları onun keçmişini unutmamasını və xeyirxah davranışını nümunə kimi qiymətləndirib.
 
Asyel
OXŞAR XƏBƏRLƏR