Rihanna və Şakira Bakıda çıxış edəcək - DƏQİQ VAXT

MƏDƏNİYYƏT
12:05 13.06.2012
3354
Beynəlxalq super ulduzlar Rihanna və Şakira FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin oyunlarında çıxış edəcəklər. Bu Rihanna və Şakiranın ölkədəki ilk çıxışları olacaq. AFFA-dan AZXEBER.COM-a verilən məlumata görə, Rihannanın çıxışı oktyabrın 5-i, saat 19:30-da, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək dörddə bir final oyunu zamanı təşkil ediləcək.  Şakiranın çıxışı isə oktyabrın 13-ü, saat 19:30-da, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək final oyunu zamanı təşkil ediləcək. Oyunların biletləri iyulun 6-da Beynəlxalq Muğam Mərkəzində keçiriləcək FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin püşkatma mərasimindən sonra, iyulun 10-dan başlayaraq Park Bulvar və Metro Park alış veriş və əyləncə mərkəzləri, Xalq Bank Neftçilər filialı və Bakcell-in Nizami 83 ünvanındaki müştəri xidmətləri mərkəzində satışda olacaq.

OXŞAR XƏBƏRLƏR