RİİB Türkiyəyə yardım kampaniyasına start verdi

RİİB Türkiyəyə yardım kampaniyasına start verdi
GƏNCLİK
16:19 08.02.2023
2334
RİİB yardım kampaniyasına start verdi.

Türkiyədə baş vermiş dəhşətli zəlzələ ilə əlaqədar Heydər Əliyev Fondunun "Regional İnkişaf” İctimai Birliyi qardaş ölkəyə dəstək məqsədilə humanitar yardım kampaniyası başladıb.

AZXEBER.COM xəbər verir ki, humanitar yardım göstərmək istəyən şəxslər pul vəsaiti istisna olmaqla, yalnız ilkin tələb olunan ləvazimatları qeyd edilən ünvana təhvil verə bilər. RİİB könüllüləri tərəfindən əhalidən toplanan yardım daha sonra Türkiyədə fəlakət zonasına göndəriləcək.

Yardım kampaniyası ilə əlaqədar yaranan suallarla bağlı İctimai Birliyin "150” nömrəli qaynar xətti ilə əlaqə saxlamaq olar.

OXŞAR XƏBƏRLƏR