RİTN-də geniş kollegiya iclası keçirilib

MARAQLI
10:45 02.11.2011
1574

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində (RİTN) 2011-ci ilin 9 ayının yekunlarına həsr olunmuş kollegiya iclası keçirililb.

Nazirlikdən AZXEBER.COM-a verilən məlumata görə, Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov kollegiya iclasına ölkə başçısının Nazirlər Kabinetinin 2011-ci ilin 9 ayı ərzində sosial-iqtisadi inkişafın yekunlarına həsr olunmuş iclasında çıxışındakı “Bu ilin 9 ayı ərzində informasiya-kommunikasiya sektorunda çox böyük artım qeydə alınmışdır. Bu sektor çox dinamik inkişaf edir” fikirləri ilə başlayaraq cari ilin 9 ayında sektorun ayrı-ayrı sahələrində həyata keçirilən islahatlardan danışmış, gələcəkdə bu sektorda əldə olunacaq gəlirlərin ölkə iqtisadiyyatının inkişafına güclü təsir göstərəcəyini qeyd etmişdir.

2011-ci ilin 9 ayı ərzində sektor üzrə qeydə alınan nəticələr barədə çıxış edən məruzəçi bildirmişdir ki, ötən dövr ərzində İKT sektorunda artım tempi 12,4%, o cümlədən, telekommunikasiya sektorunda 8,3%, İT sektorunda 1,6 dəfə, informasiya sektorunda isə 38,8% təşkil etmişdir.

Hesabat dövründə mobil abunəçilərin sayı 10 milyona yaxın əhalinin hər 100 nəfərinə düşən kompyuterlərin sayı 15, internet istifadəçilərinin sayı isə 60-a bərabər olmuşdur. Bu isə ümumdünya orta göstəricilərini 2 dəfədən çox üstələyir.

Sonra məruzə ətrafında RİTN-in bir sıra birlik və müəssisələrinin rəhbərləri çıxış etmişlər.

Kollegiyaya yekun vuran nazir Azərbaycan Prezidenti İlham Əliyevin ölkədə informasiya-kommunikasiya texnologiyaları sahəsinin inkişafını yüksək qiymətləndirdiyini bir daha vurğulayaraq, qəbul olunmuş Dövlət proqramlarının icrası, “Elektron-hökumət” layihələrinin reallaşdırılması, rəqəmsal televiziyanın tətbiqi, poçt sektorunda bank xidmətlərinin genişləndirilməsi, Regional İnformasiya Xidmət mərkəzlərinin, özəl sektorda sağlam rəqabət mühitinin yaradılması, bundan başqa, Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 iyul tarixli 2292 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə milli strategiya”dan irəli gələn məsələlərin həllinə nəzarətin gücləndirilməsi, əhaliyə göstərilən rabitə xidmətlərinin, eləcə də xidmət mədəniyyətinin yüksəldilməsi və bir sıra mühüm əhəmiyyət kəsb edən layihələrin və məsələlərin icrasının təmin olunması, eyni zamanda bu sahədə mövcud çatışmazlıqların aradan qaldırılması üçün tapşırıqlar vermişdir.

Kollegiyada “Azərcell” və “Bakcell” operatorlarına “3G” mobil rabitə xidməti göstərməsi üçün lisenziyaların verilməsi ilə bağlı qərar qəbul edilmiş, eyni zamanda, nazirliyin müvafiq qurumlarına və 3 mobil operatora dünyada ən müasir olan “4G” (LTİ) mobil rabitə xidmətinin tətbiqi üçün texniki və hüquqi normalara uyğun təkliflərin verilməsi tapşırılmışdır.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində (RİTN) 2011-ci ilin 9 ayının yekunlarına həsr olunmuş kollegiya iclası keçirililb

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Haber Global" Mehriban Əliyevanın Antalyada Fələstinlə bağlı paneldə iştirak etməsi barədə reportaj hazırlayıb
22:10 18.04.2026
"Haber Global" Mehriban Əliyevanın Antalyada Fələstinlə bağlı paneldə iştirak etməsi barədə reportaj hazırlayıb
Kiyevdə atışmanı törədən şəxsin kimliyi açıqlanıb
21:57 18.04.2026
Kiyevdə atışmanı törədən şəxsin kimliyi açıqlanıb
Ceyhun Bayramov və Bəxtiyor Saidov Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
21:38 18.04.2026
Ceyhun Bayramov və Bəxtiyor Saidov Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
Azərbaycan və Qırğızıstan XİN başçıları TDT çərçivəsində əməkdaşlığı müzakirə ediblər
21:37 18.04.2026
Azərbaycan və Qırğızıstan XİN başçıları TDT çərçivəsində əməkdaşlığı müzakirə ediblər
Antalyada Azərbaycan–Türkmənistan tərəfdaşlığı müzakirə edilib
21:36 18.04.2026
Antalyada Azərbaycan–Türkmənistan tərəfdaşlığı müzakirə edilib
“Sabah” səfərdə “Qarabağ”ı məğlub etdi
21:34 18.04.2026
“Sabah” səfərdə “Qarabağ”ı məğlub etdi
İlahə Abdullayevaya yeni vəzifə verildi
21:17 18.04.2026
İlahə Abdullayevaya yeni vəzifə verildi
Ölkədə ilk dəfə 5 fənn üzrə 832 şagirdin iştirakı ilə Respublika fənn olimpiadasının final mərhələsi ADNSU-da keçirilir
21:08 18.04.2026
Ölkədə ilk dəfə 5 fənn üzrə 832 şagirdin iştirakı ilə Respublika fənn olimpiadasının final mərhələsi ADNSU-da keçirilir
Ağdamda gənc FACİƏLİ şəkildə öldü
21:03 18.04.2026
Ağdamda gənc FACİƏLİ şəkildə öldü
Ceyhun Bayramov ilə Maqdalena Qrono Ermənistan–Azərbaycan normallaşma prosesini müzakirə ediblər
20:52 18.04.2026
Ceyhun Bayramov ilə Maqdalena Qrono Ermənistan–Azərbaycan normallaşma prosesini müzakirə ediblər
Azərbaycan ilə D-8 arasında əməkdaşlığın inkişafı müzakirə edilib
20:42 18.04.2026
Azərbaycan ilə D-8 arasında əməkdaşlığın inkişafı müzakirə edilib
2026-cı ildə TDT-nin iki zirvə toplantısı keçiriləcək
20:21 18.04.2026
2026-cı ildə TDT-nin iki zirvə toplantısı keçiriləcək
Ceyhun Bayramov albaniyalı həmkarı ilə görüşdü
20:11 18.04.2026
Ceyhun Bayramov albaniyalı həmkarı ilə görüşdü
Yollarda görünüş məhdudlaşacaq - Sürücülərin nəzərinə
19:52 18.04.2026
Yollarda görünüş məhdudlaşacaq - Sürücülərin nəzərinə
Paytaxtda 100 minə yaxın bina söküləcək
19:36 18.04.2026
Paytaxtda 100 minə yaxın bina söküləcək
“Qarabağ” “Sabah”a qarşı - Start heyətlər
19:22 18.04.2026