Robert Koçaryan: “İlham Əliyev Paşinyanı asanlıqla məğlub etdi”

Robert Koçaryan: “İlham Əliyev Paşinyanı asanlıqla məğlub etdi”
DÜNYA
17:26 04.03.2019
2891
Ermənistanın baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlardan uzaq qaçması olduqca şübhəlidir.

AZXEBER.COM Azvision.az-a istinadən xəbər verir ki, bunu Ermənistanın həbsdə olan ikinci prezidenti Robert Koçaryan "168 jam” qəzetinə müsahibəsində deyib.
 
Onun sözlərinə görə, Paşinyan hansı bəhanələrlə maskalanmasına baxmayaraq, sözsüz ki, danışıqlar gedir.

"Amma şübhə doğuran danışıqların getməsi faktı yox, baş nazirin onlardan uzaqlaşmaq üçün göstərdiyi səylərdir. Ermənistan cəmiyyəti hakimiyyətin Qarabağ nizamlanması ilə bağlı mövqeyindən xəbərsizdir, çünki bu mövqe indiyədək hələ də səslənməyib və narahatlıq doğuran da məhz budur. Mövqe formalaşdırmadan necə uğurlu danışıqlar aparmaq olar axı?”.

Bu mənada Koçaryan bildirib ki, Ermənistan və Azərbaycan liderləri arasında indiyədək baş tutan qeyri-rəsmi görüşlərdə Əliyev Paşinyanı asanlıqla məğlub edib: "Düşənbədəki lift danışıqları təmas xəttində etimad tədbirlərinin gücləndirilməsi ilə bağlı bizim üçün sərfəli olan Vyana və Sankt-Peterburq razılaşmalarını faktiki torpağa basdırdı. Axı bu razılaşmalar 100-dən çox əsgərimizi itirdiyimiz aprel döyüşlərindən sonrakı "zəmanətimiz” idi. Baş nazirin bu cür davranışlarının bacarıqsızlıq, yaxud bilərəkdən edilmiş seçim olmasının önəmi yoxdur. Hər iki halda bu, böyük səhvdir. Ermənistan tərəfi bu davranışı ilə güzəştlərə hazır olması planında həm Azərbaycanda, həm də vasitəçilərdə yüksək gözləntilər yaratdı. Və buna görə də düşünürəm ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində Minsk qrupunun növbəti təklifləri Ermənistan üçün yaxşı olmayacaq”.

"Sizin həbsiniz Qarabağla üzrə hansısa razılaşmaya hazırlıqla əlaqəli ola bilərmi?” sualına cavabında isə Koçaryan vurğulayıb ki, "bu cür hakimiyyətlə heç nəyi istisna etmək olmaz”.

Qeyd edək ki, rusiyalı politoloq Stanislav Tarasov 2019-cu ilin iyununda Paşinyanın Azərbaycan prezidenti İlham Əliyevlə Qarabağ üzrə saziş imzalayacağını və həmin sənədə əsasən, Ermənistan tərəfinin "güzəşt” olaraq işğal altındakı bir neçə rayonu geri qaytaracağını deyib. Tarasovun sözlərinə görə, bunun ardından Türkiyə parlamenti Ermənistanla protokollara yenidən baxacaq və onları təsdiqləyəcək, hətta iki ölkə arasında diplomatik münasibətlər bərpa ediləcək. Bununla da, Paşinyan Ermənistanı blokadadan çıxarmaq istiqamətində ciddi addım atmış olacaq.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Polşa hərbi nümayəndə heyəti Ukraynaya səfər edəcək
18:00 17.09.2025
Polşa hərbi nümayəndə heyəti Ukraynaya səfər edəcək
Narkomaniyaya qarşı mübarizə üzrə Dövlət Proqramı təsdiqləndi
17:52 17.09.2025
Narkomaniyaya qarşı mübarizə üzrə Dövlət Proqramı təsdiqləndi
Fətəli xan Xoyskinin 150 illik yubileyi keçiriləcək - SƏRƏNCAM
17:45 17.09.2025
Fətəli xan Xoyskinin 150 illik yubileyi keçiriləcək - SƏRƏNCAM
Azərbaycan vətəndaşları Türkiyədə yol qəzasına düşüb, xəsarət alanlar var
17:36 17.09.2025
Azərbaycan vətəndaşları Türkiyədə yol qəzasına düşüb, xəsarət alanlar var
İnsanlar arasında aqressiya niyə artır? - Psixoloq açıqladı
17:27 17.09.2025
İnsanlar arasında aqressiya niyə artır? - Psixoloq açıqladı
Medianın İnkişafı Agentliyinin növbəti könüllülük proqramı uğurla yekunlaşıb — FOTOLAR
16:59 17.09.2025
Medianın İnkişafı Agentliyinin növbəti könüllülük proqramı uğurla yekunlaşıb — FOTOLAR
"Ağdərə rayonunun yenidən inzibati ərazi vahidi kimi formalaşdırılması önəm daşıyır"
16:52 17.09.2025
"Ağdərə rayonunun yenidən inzibati ərazi vahidi kimi formalaşdırılması önəm daşıyır"
""Benfika"nı da gətirin qoyaq Qənimətlər Parkına"
16:43 17.09.2025
""Benfika"nı da gətirin qoyaq Qənimətlər Parkına"
"Survivor" Ayşe ərə gedir - VİDEO
16:35 17.09.2025
"Survivor" Ayşe ərə gedir - VİDEO
Qarabağ Universitetinin yeni tələbə yataqxanası istifadəyə verildi
16:23 17.09.2025
Qarabağ Universitetinin yeni tələbə yataqxanası istifadəyə verildi
Bakı metrosu saat 02:00-a qədər işləyəcək - Bu tarixlərdə
16:16 17.09.2025
Bakı metrosu saat 02:00-a qədər işləyəcək - Bu tarixlərdə
İsrail və Suriya nümayəndələri Bakıda görüşəcək: Deputat görüşdən gözləntilərini açıqladı
16:07 17.09.2025
İsrail və Suriya nümayəndələri Bakıda görüşəcək: Deputat görüşdən gözləntilərini açıqladı
Ürəyindən bıçaqlanaraq öldürülən şagirdin - Fotosu
16:06 17.09.2025
Ürəyindən bıçaqlanaraq öldürülən şagirdin - Fotosu
"Taksilər üçün dayanacaqlar çox azdır, bəzən isə ümumiyyətlə yoxdur"
16:04 17.09.2025
"Taksilər üçün dayanacaqlar çox azdır, bəzən isə ümumiyyətlə yoxdur"
"AFFA daşı ətəyindən tökərək yerli mütəxəssislərə üz tutmalıdır”
15:59 17.09.2025
"AFFA daşı ətəyindən tökərək yerli mütəxəssislərə üz tutmalıdır”
Maaşımızdan 14% vergi tutulacaq - Pensiya yığımları azalacaq
15:58 17.09.2025
Maaşımızdan 14% vergi tutulacaq - Pensiya yığımları azalacaq