ROJ TV Murat Karayılanı nümayiş etdirdi

ROJ TV Murat Karayılanı nümayiş etdirdi
Bütün Xəbərlər
13:30 15.08.2011
1628
ROJ TV reportajın ötən gün hazırlandığını iddia edir. Murat Karayılan PKK terror təşkilatının 1984-cü il avqustun 15-də Eruh və Şemdinli rayonlarına hücumla başladığı ilk qanlı aksiyalarının ildönümündə ROJ TV-də hazırlanan reportajında kürt mübarizəsindəki müddətdən danışıb. Bu arada isə Murat Karayılanın İran tərəfindən həbsini ötən gün təsdiqləyən İran parlamentinin Xarici Siyasət və Beynəlxalq Təhlükəsizlik Komissiyasının rəhbəri Əlaəddin Burucerdi İHA-ya xüsusi açıqlamasında bu məlumatı verdiyini təkzib edib. Əlaəddin Burucerdi Murat Karayılanın tutulduğunu söyləmədiyini, tutulması lazım gəldiyini dediyini vurğulayıb. "Karayılan həbs olundu demədim, həbs olunması gərəkdiyini söylədim",- deyə Əlaəddin Burucerdi bildirib.
OXŞAR XƏBƏRLƏR