“Rolls-Royce” Azərbaycanda milyonlarla dollar rüşvət veribmiş - “The Guardian” ortaya çıxartdı...

“Rolls-Royce” Azərbaycanda milyonlarla dollar rüşvət veribmiş - “The Guardian” ortaya çıxartdı...
SOSİAL
15:11 01.11.2016
3927
 
Araşdırmalar nəhəng Britaniya şirkəti "Rolls-Royce”un bəzi ölkələrdə rüşvətə əl atdığını, mühüm müqavilələri imzalatmağa məhz bu yolla nail olduğunu üzə çıxarıb.

"The Guardian” və BBC-nin birgə əldə etdiyi məlumata görə, qarşı tərəflərə rüşvəti "Rolls-Royce”un həmin ölkələrdə işə götürdüyü vasitəçilər təklif edirmiş. Adıçəkilən 12 ölkə arasında Azərbaycanın da adı var.

ABŞ və Britaniyanın korrupsiya əleyhinə agentlikləri şirkətlə bağlı geniş tədqiqata başlayıblar. "The Guardian” yazır ki, "Rolls-Royce”a işləməkdə şübhəli bilinən şəxs, əslən Hindistandan olan məşhur işadamı Sudhir Çoudrini və onun oğlu Banunu bu yaxında həbs etsələr də, sonradan azadlığa buraxıblar. Onlar Korrupsiya Əleyhinə Mübarizə İdarəsi (SFO) tərəfindən sorğu-sual olunarkən ittihamları rədd ediblər.

Mətbuatın yazdığına görə, Sudhir Çoudrinin ailəsi liberal demokratlara 1.6 milyon funt sterlinqdən çox vəsait bağışlayıb. Bu ailənin şirkətlərinə "Rolls-Royce”un milyonlar ödədiyi məlumdur.


Hazırda Sudhir Çoudri həm də liberal demokratların lideri Tim Farronun müşaviri vəzifəsində çalışır. "Rolls-Royce”un Britaniyada həm leyboristlər, həm də mühafizəkarlarla münasibətləri əvvəldən yaxşı olub. Leyboristlərin də, mühafizəkarların da administrasiyaları xarici ölkələrin bu şirkətlə müqavilə bağlaması üçün tez-tez lobbiçilik ediblər.

Britaniyanın keçmiş baş naziri David Kemeron "Rolls-Royce”u bir dəfə "qabaqcıl texnologiyaların inkişafı üzrə dünya lideri” adlandırmış, bütün ölkənin bununla fəxr edə biləcəyini demişdi.

 «The Guardian» yazır ki, «Rolls-Royce»la bağlı araşdırmanın nazirləri narahat etdiyi hiss olunur. Qəzet 2006-cı ildə SFO-nun silah istehsalçısı "BAE Systems”ə qarşı tədqiqatını ovaxtkı baş nazir Toni Bleyerin dayandırdığını xatırladır. T.Bleyer araşdırmanın davam etdirilməsinin Britaniyanın təhlükəsizliyini zərbə altında qoya biləcəyini demişdi.

Qəzet yazır ki, "Rolls-Royce”la bağlı tədqiqatın aparıldığı 2012-ci ildən məlum olsa da, SFO bu barədə bir il sonra açıqlama verib. 2014-cü ildə isə ABŞ-ın Ədliyyə Departamenti ayrıca araşdırmaya başlayıb.


SFO-nun əldə etdiyi bilgiyə görə, "Rolls-Royce” İraq, İran, Qazaxıstan, Anqola, eləcə də Azərbaycanda müqavilələri imzalatmaqdan ötrü"Unaoil” şirkətinə pul ödəyib. "Unaoil” isə müqavilələri əldə etmək üçün həmin ölkələrə rüşvət verməkdə, üstəlik, çirkli pulların yuyulmasında şübhəli bilinir. SFO "Unaoil”a cinayət işi açıb.

"Unaoil” "Rolls-Royce”la əməkdaşlığı zamanı hər-hansı korrupsiya əməliyyatında iştirak etmədiyini bildirib.

Korrupsiya əleyhinə ekspertlər deyirlər ki, bəzi şirkətlər onlara gərəkən dövlət rəsmilərinə rüşvət verməkdən ötrü yaxşı əlaqələri olan agentlərdən istifadə edirlər. Hətta bəzi ölkələrin qanunları bu cür agentlərdən istifadəyə imkan verir.

Sərnişin təyyarələri, eləcə də hərbi təyyarələr üçün mühərrik satan, dəyəri 13 milyard funt sterlinq olan "Rolls-Royce”un özü mətbuatın araşdırma barədə suallarına cavab verməkdən imtina edib.

Rüşvətlə bağlı tədqiqatın aparıldığı ortaya çıxandan sonra "Rolls-Royce” xeyli agentini geri çağırdığını bildirib. Amma agentlərin sayını açıqlamayıb.
 
Virtualaz.org
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Zelenski: Ukrayna yaxın günlərdə F-16 qırıcıları üçün sursat alacaq
19:34 10.10.2026
Zelenski: Ukrayna yaxın günlərdə F-16 qırıcıları üçün sursat alacaq
Azərbaycan cüdoçuları Bakıda keçirilən dünya çempionatında fərdi mübarizələri 7 medalla başa vurublar
19:29 10.10.2026
Azərbaycan cüdoçuları Bakıda keçirilən dünya çempionatında fərdi mübarizələri 7 medalla başa vurublar
Kobaxidze: Gürcüstanın Rusiyaya qarşı sanksiyalara qoşulmamaq qərarının düzgün olduğu üzə çıxıb
19:22 10.10.2026
Kobaxidze: Gürcüstanın Rusiyaya qarşı sanksiyalara qoşulmamaq qərarının düzgün olduğu üzə çıxıb
Finlandiyanın Baş naziri ruslara turist vizalarının dayandırılmasını tələb edib
19:16 10.10.2026
Finlandiyanın Baş naziri ruslara turist vizalarının dayandırılmasını tələb edib
Londonda İsrailə silah tədarükünə qarşı yürüş keçirildi
19:10 10.10.2026
Londonda İsrailə silah tədarükünə qarşı yürüş keçirildi
Ermənistan ordusunda növbəti ölüm hadisəsi qeydə alınıb
19:06 10.10.2026
Ermənistan ordusunda növbəti ölüm hadisəsi qeydə alınıb
Misli Premyer Liqası: "Zirə" evdə "Şamaxı" ilə heç-heçə edib
19:00 10.10.2026
Misli Premyer Liqası: "Zirə" evdə "Şamaxı" ilə heç-heçə edib
Gürcüstanda Azərbaycan vətəndaşları saxlanıldı
18:55 10.10.2026
Gürcüstanda Azərbaycan vətəndaşları saxlanıldı
Kənan Nəsibov Bakıda keçirilən dünya çempionatında bürünc medal qazanıb
18:49 10.10.2026
Kənan Nəsibov Bakıda keçirilən dünya çempionatında bürünc medal qazanıb
Nazir Məcnun Məmmədov Çində səfərdədir
18:43 10.10.2026
Nazir Məcnun Məmmədov Çində səfərdədir
Husilər yenidən Ər-Riyad aeroportuna hücum edib
18:41 10.10.2026
Husilər yenidən Ər-Riyad aeroportuna hücum edib
Türk dünyası ölkələri ortaq təkrarsığorta hovuzu yarada bilər
18:36 10.10.2026
Türk dünyası ölkələri ortaq təkrarsığorta hovuzu yarada bilər
Kiyevə raket hücumu zamanı Azərbaycan restoranı dağıldı: Xəsarət alanlar var
18:30 10.10.2026
Kiyevə raket hücumu zamanı Azərbaycan restoranı dağıldı: Xəsarət alanlar var
Dostu dava saldı, onları barışdırmağa gəldi, özü bıçaqlandı
18:23 10.10.2026
Dostu dava saldı, onları barışdırmağa gəldi, özü bıçaqlandı
Polkovnikə FHN-də yüksək vəzifə verildi
18:18 10.10.2026
Polkovnikə FHN-də yüksək vəzifə verildi
"Azərişıq": Cənub regionundakı qəzaların aradan qaldırılması üçün iş gedir
18:14 10.10.2026
"Azərişıq": Cənub regionundakı qəzaların aradan qaldırılması üçün iş gedir