Əzizova iki ay sonra zorlandığını anlayıb.
Bakı şəhəri Xəzər rayonu 1-ci Polis bölməsinə zorlanma haqqında şikayət ərizəsi daxil olub. Bu barədə Vesti.az-a Xəzər rayon Polis bölməsindən bildiriblər.
Məlumdur ki, polis bölməsinə 28 yaşlı K.Əzizova müraciət edərək bu ilin aprel ayında iki gənc adamın onu zorlaması barədə ərizə ilə müraciət edib. Bu “Qala” dəmir yol stansiyası yaxınlığında kafedə oturduqdan sonra baş verib.
K.Əzizova iddia edir ki, Namiq və Aqşin onu kimsənin olmadığı yerə apararaq növbə ilə zorlayıblar. Bundan başqa cinayətkarlar onun qızıl əşyalarını alaraq aradan çıxıblar.
Fakt üzrə istintaq aparılır. Amma əməliyyatçılar caniləri həbs etməyə tələsmirlər.
Prinsipcə bu hadisədə polisləri anlamaq olar. Əzizova iki ay sonra birdən zorlandığını anlayıb. Hələ soyulduğunu da iddia edir.
Bu işdə təəccüb doğuran bəzi nüanslar var. Axı K.Əzizova hanı səbəbdən o gənclərlə kimsənin olmadığı yerə getməyə razılaşıb? Romantik görüşdən söhbət gedə bilməzdi, belə ki, üçüncü şəxs var idi.
Məntiqlə “zorlanmış”, ya sərxoş olduğu, ya da könüllü şəkildə bu əxlaqsızlığa alət olub.
Amma bütün bu hadisədə sual olaraq qalan: “Niyə görə Əzizova zorlandığını məhz iki aydan sonra anlayıb?” məsələsidir. Yəqin ki, elə polis əməkdaşları da bu suala cavab tapmaq üçün baş sındırırlar...