Ronaldo mükafatdan imtina etdi, komanda yoldaşına verdi

Ronaldo mükafatdan imtina etdi, komanda yoldaşına verdi
İDMAN
06:40 24.10.2026
253
"Ən-Nəsr"in hücumçusu Kriştianu Ronaldo "Əl-Feysali" ilə matçın ən yaxşı oyunçusu seçilib. Ər-Riyad təmsilçisi qarşılaşmada 3:1 hesabı ilə qalib gəlib. Ronaldu isə komandasının qollarından birinin müəllifi olub.

Euro-football.ru xəbər verir ki, matçdan sonra Ronaldo ən yaxşı oyunçu mükafatına layiq görülsə də, onu qəbul etməkdən imtina edib.
 
Məlumata görə, "Ən-Nəsr"in kapitanı mükafatı komanda yoldaşı Abdullah əl-Həmdana verib. O, qarşılaşmada qol vurub, həmçinin komanda yoldaşının qolunda məhsuldar ötürmə ilə yadda qalıb.

"Ən-Nəsr" növbəti matçını oktyabrın 26-da Asiya Çempionlar Liqasında "Əl-Vəsl"ə qarşı keçirəcək.

Qeyd edək ki, 41 yaşlı Kriştianu Ronaldonun "Ən-Nəsr"lə müqaviləsi 2027-ci ilin iyuluna qədər qüvvədədir.
 
///oxu.az///
OXŞAR XƏBƏRLƏR