"Mançester Yunayted” klubu portuqaliyalı hücumçu Kriştianu Ronaldunun qayıdacağını elan etdikdən sonra "Instaqram”da 1,8 milyon yeni izləyici qazanıb.
Portuqaliyalının qayıdacağını açıqlamazdan əvvəl "Mançester Yunayted”in "Instaqram” səhifəsində 43,1 milyon abunəçisi var idi. İndi komandanın rəsmi hesabının 44,9 milyon abunəçisi var.
Qeyd edək ki, "Mançester Yunayted” avqustun 27-də portuqaliyalı hücumçunun kluba qayıdacağını rəsmən elan edib.