Rubl daha bir avtomobil brendinə ziyan vurdu

DÜNYA
10:13 19.12.2014
2782

Britaniyanın Jaguar Land Rover avtomobil şirkəti Rusiyada satışı dayandırdı. Rusiyada bu ilin yanvar-noyabr aylarında 19 min 100 Land Rover və 1500 Jaguar satılıb.

Şirkətin dekabrın 18-də verilən bu qərarı hələlik iki gün qüvvədə olacaq. Dekabrın 19-da şirkət maşınların qiymət siyasəti ilə bağlı qərar verməlidir.

Jaguar Land Roverin bu günkü qərarı rublun sürətlə düşməyi ilə bağlıdır.

Bundan əvvəl eyni qərarı Audi, General Motors şirkətləri də vermişdi.

Qeyd edək ki, böyük şirkətlərin qərarı rublun qiymətinin tez-tez enib düşməsi ilə bağlıdır. Bu səbəbdən satış şirkətləri malları üçün qiymət müəyyənləşdirə bilmirlər.

OXŞAR XƏBƏRLƏR