Rüfət Axundov: 'İdmançı Kamil məni döyməyib' - AÇIQLAMA
MAQAZİN
15:00 06.09.2012
3299
Bu gün AZXEBER.COM xəbər portalında yayımlanan xəbər böyük əks səda doğurub. Müğənni Rüfət Axundovun həmkarı Gülay Qədirovanın həyat yoldaşı tərəfindən döyülüb. Xəbərdə hadisəyə şahidlik edənlərə istinadən bildirilir ki, zarafatlarından qalmayan R.Axundov həmkarının həyat yoldaşı, idman məşqçisi Kamil Zeynalovun yumruqlarına tuş gəlib. Hadisəylə bağlı Rüfət Axundovla əlaqə saxladıq. Rüfət məsələyə aydınlıq gətirdi: “Bu xəbəri eşidəndə mən də çox təəccübləndim. Belə bir xəbərin yayılması doğru deyil. Çünki biz Kamillə çox yaxşı dostuq, o məni döyməyib. Xəbəri yayanlar yəqin məni gözü gütürməyənlərdir”.Qeyd edək ki, hadisənin şahidlərindən geniş müsahibə yaxın saatlarda portalımızda olacaq. Bizi izləyin...