Rüfət Əhmədzadə "Sən busan"ı təqdim edəcək

GƏNCLİK
00:54 01.12.2011
2058
Gənc jurnalist Rüfət Əhmədzadənin 2010-2011-ci illərdə yazdığı hekayə və mənsur şeirlərindən ibarət “Sən busan” adlı ilk kitabı işıq üzü görüb. AzXeber.Com-un verdiyi xəbərə görə, topludakı hekayələrdən birinin adı ilə adlandırılan kitab “Qanun” nəşriyyatının “Birinci kitab” layihəsi çərçivəsində nəşr olunub. Müəllifin fikrincə, oxucunun müxtəlif obrazlar arasında özünə yaxın və tanış gələn cizgilər, hadisələr və duyğularla qarşılaşacağı kitab, həm də onunla fərqlənir ki, burada toplanan bədii işlərin çoxu 2010-2011-ci illərdə bədii-publisistik bloq formatında yazılıb və yayımlanıb. Bu kitab sərbəst dildə yazılmış bloqçu gündəliyini xatırladır. Topluda qələmə alınmış hadisələrin çoxu real həyatdan götürülüb, müəllifin özünün, tanışlarının və internet vasitəsilə ona öz həyat hekayələrini nəql etmiş müxtəlif insanların həyatında baş vermiş real hadisələr yer alıb. “Sən busan” ıın təqdimat və imzalama mərasimi “Gəncliyin Elmi-Mədəni İnkişafı” İctimai Birliyinin (GEMİ) təşkilatçılığı ilə dekabrın 3-də, saat 12:00-da “Əli və Nino” kitab kafesində (Gənc Tamaşaçılar Teatrı ilə üzbəüz) baş tutacaq. Kitaba müəllif imzası ilə sahib olmağı arzu edənlər təqdimat mərasimində iştirak edə bilərlər. Onu da əlavə edək ki, Rüfət Əhmədzadə ixtisasca tərcüməçidir və jurnalistikaya yalnız bloq yazıları ilə tanındıqdan sonra gəlib.

OXŞAR XƏBƏRLƏR