Ruhi xəstə ticarət mərkəzində 62 yaşlı qadının başını kəsdi...

Ruhi xəstə ticarət mərkəzində 62 yaşlı qadının başını kəsdi...
Bütün Xəbərlər
18:56 14.05.2011
1917
Bu gün İspaniya qorxulu cinayət xəbəri ilə sarsılıb. Ölkədə turistlərin ən çox axın etdiyi məkanlardan biri olan Tenerife adasında Bolqarıstan vətəndaşı olan Deyan Valentinov ticarət mərkəzində alış-verişlə məşğul olan 62 yaşlı ingilis turist qadının başını kəsib. 

Deyan Valentinov yaşlı qadının başını da götürərək, ticarət mərkəzindən qaçmağa başlayıb. Ticarət Mərkəzində müşahidə kameralarını izləyən təhlükəsizlik xidmətinin əməkdaşları dərhal polisə məlumat verərək, Deyan Valentinovun arxasınca qaçıblar. Onlar qatili yaxalayaraq polisə təhvil verməyi bacarıblar. 

Deyan Valentinovun işsiz və ruhi xəstə olduğu, uzun müddətdir ki, psixoloji müalicə gördüyü bildirilir. Ticarət Mərkəzində bu dəhşətli olayın şahidi olanlar da şoka düşüblər.

 

OXŞAR XƏBƏRLƏR