Ruhi xəstələri satan şəbəkə ifşa edilib

Bütün Xəbərlər
19:05 15.12.2010
2146

Çinin Siçuan əyalətininin paytaxtı Çingduda ruhi xəstələri işçi kimi fabriklərə satan insan alverçisi həbs edilib. Bu barədə Çinin "Sinhua" agentliyi məlumat yayıb. Məlumata görə, polis əyalətdə 12 adamı ölkənin şimalındakı Sincan Uyğur Özerk bölgəsində inşaat malları istehsal edən bir fabrikə apararkən saxlanılan şəxslərin sadəcə Sincana işçi kölələr satmadığını, ölkənin bir çox bölgələrində insan alveri ilə məşğul olduqlarını bildirib.

Polisin məlumatına görə, həbs olunan Zınq Lingçüan adlı insan alverçisi 1996-cı ildən bu yana 70 nəfər ruhi xəstəni ölkənin müxtəlif bölgələrinə satdığını etiraf edib.

Əlillər Federasiyasının nümayəndəsi Yi Hongçü satılmış ruhi xəstələrin 20-50 yaş arasında olduğunu bildirib.

Səlahiyyətli şəxslər Zınq adlı insan alverçisinin “Dilənçi agentliyi” adını verdiyi bir şəbəkə yaratdığını və ruhi xəstələri ora topladığını söyləyib.

Sincan Uygur Özerk Bölgəsinə satılan işçilərin bir qisminin 2006-gı ildə “Jiaersi Green Construction Material” adlı kimya fabrikinə satıldığı və onların çox ağır şərtlərlə istismar edildiyi bildirilib. Şahidlər sözügedən fabrikin ətrafındakı bir çox müəssisələrin bağlandığını, amma Jiaersi fabrikinin fəaliyyətinin davam etdirildiyini və işçilərə əməkhaqqı ödənilmədiyini söyləyib.

Fabrikin sahibi Li Şinglin jurnlistlərə verdiyi açıqlamada Zınq adlı insan alverçisi ilə əməkdaşlıq etdiyini və işçiləri “xeyriyyəçilik” adı altında işlətdiyini etiraf edib. Polis fabrik sahibini və oğlunu həbs edib.

//ANS Press

 

OXŞAR XƏBƏRLƏR