Rus ləhcəsi azərbaycanlı sürücüyə baha başa gəldi

Rus ləhcəsi azərbaycanlı sürücüyə baha başa gəldi
Bütün Xəbərlər
23:11 30.11.2012
1416
ABŞ-da sürücü işləyən əslən azərbaycanlı İsmayıl Əliyev onu rus ləhcəsilə danışdığına görə işdən çıxaran şirkəti məhkəməyə verib. Rusiyalı emiqrant özünə qarşı ayrıseçkilik olunduğunu düşünür. İsmayıl Əliyev işdən qovulana qədər ABŞ-da sürücü işləyib və özünü bildirdiyi kimi onu rus ləhcəsilə danışdığına görə işdən azad ediblər.Amerika mətbuatının yazdığına görə hadisə bir il əvvəl baş verib. Son iş yerindən məhrum olan Əliyev Solt Lake Citi məhkəməsində FedEx şirkətinə qarşı iddia qaldırıb.2011-ci ilin avqust ayında GNB şirkətində işə düzələn Əliyev bir müddət sonra professional sürücü və nəqliyyatla təmin edən maddi-texniki şirkət olan FedEx-dən xəbərdarlıq gəlir. İşə götürülməsindən üç həftə sonra onu kəskin rus ləhcəsi ilə danışdığına işdən çıxarıblar. Lakin şirkət bu səbəbi gizli saxlayır.Keçmiş rəhbərin sözlərinə görə, Əliyev yaxşı sürücü olub və onunla heç kimin arasında konflikt yaşanmayıb. Sonradan şirkət Əliyevi geri qaytarmaq istəsə də, FedEx buna icazə verməyib.Əliyev öz dil bilgisini sübut etmək üçün şirkətin yüksək vəzifəli məmurları ilə də görüşüb. Onun vəkilinin sözlərinə görə, İ. Əliyev sürücü kimi ingiliscə heç də pis danışmır.Şirkətin menecerlərindən birinin sözlərinə görə, Əliyev sürücülüyə lisenziya almaq üçün vacib olan dil bilgisi testindən keçə bilməyib. Sürücünün oğlu Elşad Əliyevin sözlərinə görə, bu onların qarşılaşdıqları yeganə hadisə deyil. Mənşəcə türk olan ailə 2005-ci ildə Rusiyada haqsızlıqlarla üzləşdiklərinə görə siyasi mühacir kimi ABŞ-a gəlib. İsmayıl Əliyev burada ABŞ vətəndaşlığı alıb. 2009-cu ildə isə o, sürücülük vəsiqəsi əldə edib və işə düzəlib.
OXŞAR XƏBƏRLƏR