Rus nənələr dünyanı fəth edir - VİDEO

MƏDƏNİYYƏT
16:15 11.03.2012
2044

Builki “Eurovision” Mahnı Müsabiqəsinin ən maraqlı iştirakçılarından olan "Buranovskiye babuşki" tamaşaçıların qəlbini fəth etməkdə israrlıdır.

AZXEBER.COM-un “Eurovision.az” saytına istinadən verdiyi məlumata görə, "Party for Everybody" mahnısı ilə böyük “Eurovision” səhnəsinə üz tutan nənələrin martın 7-də "YouTube"da yerləşdirilən videosunu (Buranovskiye babuşki) izləyənlərin sayı 2 milyona çatıb.

Video "Ən çox baxılanlar" siyahısında 5-ci yerdə qərarlaşıb. Lakin onların şöhrəti bununla bitmir. Rusiyalı nənələr Çin, Böyük Britaniya, Rumıniya, Almaniya, Macarıstan, Albaniya, İtaliya, Türkiyənin və digər ölkələrin media nümayəndələrinin diqqət mərkəzindədir. Nataliya Puqaçova, Yekaterina Şklyayeva, Valentina Pyatçenko, Qalina Koneva, Granya Baysarova və Olqa Tuktaryovadan ibarət nənələrin səhnə hekayəsi dildən-dilə gəzir. Maraqlıdır ki, ən gənci 43, ən yaşlısı isə 76 yaşında olan qrup üzvləri şöhrətə can atmadıqlarını bildirirlər. Onların sadəcə bir arzusu var - qazandıqları pulla kəndlərindəki köhnə kilsəni təmir etdirmək.Qeyd edək ki, "Buranovskiye babuşki" qrupu "Party for Everybody" mahnısı ilə mayın 22-də, birinci yarımfinalda çıxış edəcək.

OXŞAR XƏBƏRLƏR