Rus qızları Azərbaycan kişilərinə nə üçün ərə gedir?

Rus qızları Azərbaycan kişilərinə nə üçün ərə gedir?
Bütün Xəbərlər
19:23 26.09.2013
6663

Krasnoyarskda ilin əvvəlindən məhkəmə Azərbaycan və Özbəkistan vətəndaşları ilə 20 saxta nikahı ləğv edib.

AZXEBER.COMRİA Novosti-yə istinadən xəbər verir ki, Federal Miqrasiya Xidmətinin Krasnoyarsk üzrə İdarəsinin məlumatına görə, 2012-ci ildə cəmi 8 belə hal qeydə alınıb.“Miqrantlar rəsmi kvotaya riayət etməyərək müvəqqəti yaşayış üçün razılıq almaq üçün saxta nikahlara daxil olurlar. Əksər hallarda onlar öz həyat yoldaşlarını heç görmürlər də”, - deyə idarənin mətbuat xidmətindən bildirilib.Qadınlar saxta nikaha görə pul alırlar. Məbləğ 2 min rubldan başlayır. Saxta nikahın ləğvindən sonra müvəqqəti yaşamaq icazəsi qüvvədən düşür.Əlavə edək ki, 2013-cü ildə Krasnoyarsk diyarında əcnəbilərə müvəqqəti yaşamaq üçün mindən artıq kvota verilib.

OXŞAR XƏBƏRLƏR