Rusiya, ABŞ və Çin liderlərinin görüşü bu tarixdə keçiriləcək

Rusiya, ABŞ və Çin liderlərinin görüşü bu tarixdə keçiriləcək
DÜNYA
19:58 14.11.2026
96
Rusiya, Çin və ABŞ liderləri Vladimir Putin, Si Cinpin ilə Donald Trampın görüşü noyabrın 19-da Şençjendə keçiriləcək.

AZXEBER.COM Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

O, bu barədə razılığın əldə olunduğunu şənbə günü jurnalistlərə açıqlayıb.

"Bu görüş Şençjendə APEC sammiti çərçivəsində keçiriləcək", - Peskov dəqiqləşdirib.

Qeyd edək ki, noyabrın 18-19-da Çinin Şençjen şəhərində Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) 33-cü illik sammiti keçiriləcək.
OXŞAR XƏBƏRLƏR