Rusiya Almaniyaya nota verdi

Rusiya Almaniyaya nota verdi
DÜNYA
14:35 27.04.2026
312
Rusiya Xarici İşlər Nazirliyi Almaniya Parlamentinin üzvü Roderix Kizevetter ilə Rusiyanın terror təşkilatları siyahısına daxil etdiyi "Çeçenistan İçkeriya Respublikası”nın rəhbəri Əhməd Zakayev arasında keçirilən görüşlə bağlı Almaniyaya etiraz notası göndərib.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, nazirliyin bəyanatında bildirilir ki, Almaniya Federal Parlamentinin üzvü Kizevetter Ukrayna Prezidenti Vladimir Zelenskinin administrasiyasının dəstəyi ilə Kiyevdə Zakayevlə görüş keçirib.

Rusiya tərəfi iddia edir ki, sözügedən təşkilatın üzvləri ölkə ərazisində təxribat aktları törədiblər. Bu səbəbdən Almaniyanın Moskvadakı səfiri Aleksandr Qraf Lambsdorf Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.

Bəyanatda qeyd olunur: "Bu görüşlə bağlı səfirə etiraz notası təqdim edilib. Moskva bu addımı Almaniya hökumətinin Rusiyanın daxili işlərinə müdaxiləsi və milli təhlükəsizliyinə təhdid kimi qiymətləndirir. Almaniya tərəfi belə hərəkətlərin nəticələri barədə xəbərdar edilib. Rusiyaya qarşı düşmənçilik addımları cavabsız qalmayacaq.”

Qeyd edək ki, "İçkeriya Çeçenistan Respublikası” təşkilatı ötən həftə Rusiyanın qadağan olunmuş terrorçu və ekstremist təşkilatlar siyahısına əlavə edilib.
 
Gülay
OXŞAR XƏBƏRLƏR