Rusiya baş nazirinin müavini Roqozin Azərbaycanda səfərdədir

Rusiya baş nazirinin müavini Roqozin Azərbaycanda səfərdədir
Bütün Xəbərlər
10:30 03.03.2016
1163

Rusiya Federasiyası baş nazirinin müavini Dmitri Roqozin Azərbaycanda səfərdədir.

AZXEBER.COM RİA "Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə o facebook səhifəsində yazıb.

"Bakıda hava axşam 9, gündüz 14 dərəcədir. Küləklidir. Azərbaycan paytaxtından hamıya salamlar", - deyə D. Roqozin qeyd edib.

"Kommersant" yazır ki, D. Roqozinlə yanaşı, Rusiyanın xüsusi silah ixracatçısı - “Rosoboronoeksport” un rəhbərliyi və hərbi-texniki əməkdaşlıq üzrə Federal Xidmətin nümayəndələri də Bakıya gəlib.

Məlumata görə, Bakıda keçiriləcək görüşlərdə iki ölkə arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə olunacaq.

OXŞAR XƏBƏRLƏR