Rusiya Jurnalistlər İttifaqı Kəlbəcərdəki faciə ilə bağlı başsağlığı verdi

Rusiya Jurnalistlər İttifaqı Kəlbəcərdəki faciə ilə bağlı başsağlığı verdi
MEDİA
15:09 06.06.2021
326
Rusiya Jurnalistlər İttifaqı Azərbaycanın Kəlbəcər rayonunda minaya düşməsi nəticəsində iki jurnalistin həlak olması ilə əlaqədar başsağlığı verib.

Qurumun rəsmi saytında yerləşdirilən başsağlığında deyilir:

"Azərbaycanın Kəlbəcər rayonunda iki jurnalist minaya düşərək həlak olub. Partlayışın qurbanları iki bizim həmkarımız olub - televiziya operatoru Sirac Abışov və Azərbaycan Dövlət İnformasiya Agentliyinin əməkdaşı Məhərrəm İbrahimov. Rusiya Jurnalistlər İttifaqı həlak olanların ailələrinə və dostlarına, həmkarlarına səmimi başsağlığı verir”.
 
///Report
OXŞAR XƏBƏRLƏR