Qərb Ukraynadakı silahlı münaqişənin uzanması və gərginləşməsi üçün hər şeyi edir.
Bunu Rusiya müdafiə naziri Andrey Belousov KTMT müdafiə nazirləri Şurasının Astanada keçirilən iclasında bildirib.
O, müharibə başlayandan Qərbin Ukraynaya göstərdiyi yardımın miqdarını açıqlayıb.
"Ukraynada silahlı münaqişənin uzanması və gərginləşməsi üçün hər şey edilir. Belə ki, 2022-ci ilin fevral ayından etibarən Kiyevə 278 milyard ABŞ dollarından çox hərbi-texniki, maliyyə və humanitar yardım göstərilib”, - deyə Andrey Belousov vurğulayıb.
O qeyd edib ki, Qərb təcili sürətdə Ukraynanı silahla təchiz edir, kəşfiyyat məlumatlarını ötürür, Ukrayna hərbçilərini öyrədir və muzdluları cəlb edir:
"NATO müşavirləri və mütəxəssislərinin iştirakı ilə təxribat hazırlanır, Qərb silahlarından Rusiyada mülki infrastruktura və mülki əhaliyə ziyan vurmaq üçün istifadə olunur. Ukrayna Silahlı Qüvvələrinin döyüş meydanında hücum potensialını və təşəbbüsünü itirməsinə baxmayaraq, Kiyev rejimi sivil adlanan dünya ictimaiyyətini sona qədər döyüşməyə və itirilmiş ərazilər üzərində nəzarəti bərpa etməyə hazır olduğuna inandırmaqda davam edir”.
///APA