Rusiyanın Odessaya hücumunda üç nəfər ölüb, bir nəfər xəsarət alıb.
AZXEBER.COM xəbər verir ki, bu barədə Odessa Şəhər Hərbi Administrasiyasının rəhbəri SergeyLısak məlumat verib.
Onun sözlərinə görə, yaralının vəziyyəti ağırdır.
Lısak bildirib ki, Rusiya qüvvələri Odessadamülki infrastruktura zərbə endirib və nəticədə dağıntılar baş verib.
Hədəfə alınan logistik anbarın istifadədə olmadığı qeyd olunub.











































