Rusiya Odessaya kütləvi zərbə endirdi

Rusiya Odessaya kütləvi zərbə endirdi
DÜNYA
10:46 09.08.2026
186
Rusiya ordusu Ukraynanın Odessa şəhərinə pilotsuz uçuş aparatları və raketlərlə kütləvi hücum edib.

UNİAN xəbər verir ki, bir neçə saat davam edən hücum nəticəsində şəhərin müxtəlif rayonlarında yaşayış evlərinə və infrastruktura ziyan dəyib, avtomobillər yanıb.

Odessa Şəhər Hərbi Administrasiyasının rəhbəri Sergey Lısak ilkin məlumata görə, 6 nəfərin yaralandığını bildirib.

Hücum zamanı şəhərin bəzi ərazilərində elektrik enerjisi və su təchizatı kəsilib. Zərbələr nəticəsində yanğınların baş verdiyi də bildirilir.

Hazırda hadisənin nəticələrinin aradan qaldırılması istiqamətində işlər davam etdirilir.
OXŞAR XƏBƏRLƏR