Rusiya prezidenti Nərgiz Paşayevaya “Dostluq ordeni” təqdim etdi

Rusiya prezidenti Nərgiz Paşayevaya “Dostluq ordeni” təqdim etdi
Bütün Xəbərlər
20:12 20.06.2011
1395

Nərgiz Paşayeva çıxış edərək bu ali mükafata və fəaliyyətinin yüksək qiymətləndirilməsinə görə təşəkkürünü bildirib. Bu barədə “Azərtac” məlumat verir.
Xüsusi xidmətlərinə görə əcnəbi vətəndaşlara ali dövlət mükafatlarının təqdim edilməsinə həsr olunmuş təntənəli mərasim iyunun 20-də Rusiya prezidentinin Moskva yaxınlığındakı “Qorki” iqamətgahında keçirilib.

“Dostluq ordeni” ilə təltif edilənlər arasında “Qazprom” Açıq Səhmdar Cəmiyyətinin Direktorlar Şurasının üzvü Burkhard Berqman (Almaniya), Rusiyadakı Amerika Ticarət Palatasının prezidenti Endrü Somers (ABŞ), “Knyaz Dmitri Romanovun xeyriyyə fondu”nun sədri Dmitri Romanov (Danimarka Krallığı), Vyetnam Sosialist Respublikası Milli Məclisinin mədəniyyət, təhsil və gənclərin işləri üzrə komissiyasının sədri Çonq Thi Dao, “Capen Tabakko İnternəşnl” şirkətinin prezidenti Pyer De Labuşer (Fransa) var.

 

OXŞAR XƏBƏRLƏR