Viza almaq istəyənlər visa.kdmid.ru saytında elektron viza anketlərini doldura bilər
Rusiyanın Azərbaycandakı səfirliyi yeni viza qaydaları tətbiq edib. APA-nın xəbərinə görə, viza almaq istəyənlər visa.kdmid.ru saytında elektron viza anketlərini doldura bilər. İyunun 15-dən etibarən viza üçün müraciətlər səfirliyin konsulluq bölməsi tərəfindən yalnız elektron viza anketinin doldurulmuş və çap olunmuş halda təqdim olunması şərtilə qəbul ediləcək.











































