"Rusiya sülhməramlılarının Azərbaycan ərazisində müvəqqəti yerləşməsi 10 noyabr bəyənatında nəzərdə tutulub. Onların fəaliyyət müddəti 2025-ci ilə qədərdir. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da bəyanatında bunu növbəti dəfə diqqətə çatdırıb”.
Bu sözləri AZXEBER.COM-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.
O bildirib ki, Rusiya sülhməramlı kontingentinin fəaliyyət müddəti ilə bağlı məsələ rəsmi Bakı tərəfindən müəyyənləşəcək:
"Cənab Prezident İlham Əliyev həmişə olduğu kimi bu məsələlədə də ölkəmizin milli mənafeyinə, xalqımızın fikrinə uyğun düzgün və vacib qərarı verəcək. Hazırda Rusiya sülməramlıları ilə bağlı rəsmi Bakının sualları mövcuddur. Uzun müddət Azərbaycanlı eko-fəallar, ictimaiyyət nümayəndələri həmin ərazidə mitinqlər təşkil etdilər. Bu kütləvi tədbirlərdə Azərbaycanın tələbləri içərisində rus sülhməramlıları ilə bağlı məsələlər var idi”.
Deputat xatırladıb ki, zaman-zaman rus sülhməramlılarının erməni separatçıları ilə iş birliyi etdiyi meydana çıxır:
"Azərbaycan ərazisində qanundan kənar daşımalarla məşğul olurlar. Bütün bunları cənab prezident, rəsmi qurumlar rusiyalı həmkarlarına çatdırıblar. Ancaq hələ də cavabını gözləyən suallar mövcuddur. Düşünürük ki, artıq rus sülhməramlıları bu sualların cavabını verəcək. Missiyalarına uyğun fəaliyyət göstərəcəklər”.
Şəbnəm Zahir