"Venesuela Prezidenti Nikolas Maduronun başına gələnlərdən sonra Rusiya faktiki olaraq daha da küncə sıxışdırılıb”.
Bu sözləri AZXEBER.COM-a açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.
O qeyd edib ki, Venesuelada baş verən hadisələr bir dövlət üçün biabırçılıqdır:
"Dövlət o vəziyyətdə olmamalıdır ki, onun prezidentini yattığı yerdə, xarici bir ölkənin qüvvələri gəlib aparsın. Bu isə birbaşa Moskavın nüfuzuna zərbə sayılır. Bəşər Əsədin devrilməsindən, indi də Maduronun başına gələnlərdən sonra Rusiya faktiki olaraq daha da küncə sıxışdırılıb. Bundan əlavə, hazırda İranda baş verən proseslər də Rusiyanın zəifləməsini sürətləndirəcək.
Bütün bu zərərli ölkələrin rəhbərləri Rusiyanın dostlarıdır və onlar yavaş-yavaş "təmizlənirlər””.
Ekspert deyib ki, Rusiya getdikcə zəifləyir:
"Rusiya öz tərəfdaşlarını itirir, bu isə Rusiyanın zülmündən əziyyət çəkən xalqlar üçün azadlığın daha da yaxınlaşmasına səbəb olur. Biz bunu arzu edirik və gözləyirik. Hadisələrin mümkün qədər tez baş verməsi dünya üçün faydalıdır. Heç kim narahat olmamalıdır ki, Rusiyanın tərəfdarı və tərəfdaşı olan liderlərə qarşı bu cür əməliyyatlar həyata keçirilir”.










































