Rusiya: Ukrayna NATO Zirvəsi ərəfəsində özünü göstərmək üçün hücum edib

Rusiya: Ukrayna NATO Zirvəsi ərəfəsində özünü göstərmək üçün hücum edib
DÜNYA
16:23 06.07.2026
531
Rusiya Müdafiə Nazirliyi Ukraynanın Ankarada keçiriləcək NATO Zirvəsi ərəfəsində Rusiyadakı mülki hədəflərə hücum etməyə cəhd etdiyini iddia edib.

AZXEBER.COM xarici KİV-ə istinadən xəbər verir ki, nazirliyin açıqlamasında bildirilib ki, iyulun 5-dən 6-na keçən gecə Ukrayna ordusu "xüsusi hərbi əməliyyat" zonasından kənarda yerləşən Rusiya ərazilərinə genişmiqyaslı hücum həyata keçirməyə cəhd göstərib.

Məlumata görə, hücum zamanı Ukrayna Silahlı Qüvvələri 625 uzaqmənzilli zərbə tipli pilotsuz uçuş aparatından (PUA) istifadə edib. Rusiya tərəfi onlardan 613-nün vurulduğunu və ya zərərsizləşdirildiyini iddia edib.

Nazirliyin açıqlamasında qeyd olunub ki, "Bu hücumun məqsədi Ukrayna Prezidenti Volodimir Zelenskinin Ankaradakı NATO Zirvəsi ərəfəsində, o cümlədən Böyük Britaniya başda olmaqla Avropadakı tərəfdaşlarına onların maliyyə dəstəyi ilə Ukrayna ərazisindən Rusiyadakı mülki hədəflərə zərbə endirməyə hazır olduğunu göstərmək idi."

Açıqlamada həmçinin bildirilib ki, hücum zamanı əsas hədəf Leninqrad, Bryansk, Belqorod, Yaroslavl, Kaluqa və Kursk vilayətləri, eləcə də Krımdakı mülki yanacaq-enerji infrastrukturu və logistika obyektləri olub.

Rusiya tərəfinin iddiasına görə, Bryansk vilayətində 147, Belqorodda 43, Leninqradda 48, Yaroslavlda 72, Krım üzərində 64, Kaluqa vilayətində isə 31 PUA məhv edilib.

Qeyd: Xəbərdə yer alan məlumatlar Rusiya Müdafiə Nazirliyinin açıqlamasına əsaslanır və müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.
 
Gülay
OXŞAR XƏBƏRLƏR