“Qazprom”un mətbuat xidmətindən verilən məlumata görə, Ukraynanın İsveçrədə qeydiyyatlı “RosUkrEnergo” qaz şirkətinin 810 milyon dollarlıq borcu silinib. Ukraynanın beynəlxalq enerji şirkəti “Naftogaz” digər 3 şirkətlə bağladığı müqavilədə, “RosUkrEnergo”dan aldığı 12,1 milyard kub metr qazı geri qaytaracağını bildirib.
Qeyd edək ki, “Qazprom” bu müqavilə ilə , Ukraynanın “ Naftogaz” və “RosUkrEnergo” şirkətlərinin 1,7 milyard dollarlıq borcunu silib.